Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın qış sessiyası çərçivəsində yanvarın 29-da qurumun yeni seçilmiş sədri An Brassör ilə görüşüb.
S.Seyidov azərbaycanlı jurnalistlərə müsahibəsində deyib ki, görüşdə Azərbaycan ilə AŞPA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı nümayəndə heyətinin rəhbəri əmin olduğunu bildirib ki, yeni sədr Azərbaycan-Avropa Şurası münasibətlərinin konstruktiv şəkildə inkişaf etməsinə dəstək verəcək.
Həmçinin, An Brassörun Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar lazım olan dəstəyi göstərəcəyinə əminlik bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB