SƏSTV Gənclər Günü ilə bağlı dəyirmi masa keçirir YENİLƏNƏCƏK

SƏSTV Gənclər Günü ilə bağlı dəyirmi masa keçirir YENİLƏNƏCƏK

Bu gün "SƏS" qəzetinin redaksiyasında SƏSTV internet televiziyasının təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, dəyirmi masada millət vəkili Fuad Muradov, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, Bakı Şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edənlər Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, eləcə də regionda aparılan gənclər siyasəti haqqında ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə