"Doku Umarov Ermənistanda terror törədəcək". Bu haqda SİA Ermənistanın "168.am" saytına istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Qərb mətbuatının "cihada çağıran komandir" kimi səciyyələndirilən Doku Umarov Ermənistanda terror hadisəsi törədəcəyini bildirib. Bu da Ermənistanda böyük səs-küyə səbəb olub. Çünki, terror aktının məhz Rusiyanın hərbi bazasının yerləşdiyi yerdə törədiləcəyi ehtimal edilir.
Xatırladaq ki, Doku Umarov yaxın günlərdə Soçidə baş tutacaq olimpiadada da terror aktı ilə Rusiyaya sürpriz hazırlayacağını bildirmişdi.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB