Özbəkistan müdafiə nazirinin birinci müavini Azərbaycanda

Özbəkistan müdafiə nazirinin birinci müavini Azərbaycanda

Özbəkistanın müdafiə nazirinin birinci müavini- Baş Qərargah rəisi, general-mayor Şavkat Normatovbu gün Azərbaycana rəsmi səfərə gəlib. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonağın nazirlikdə bir sıra görüşləri planlaşdırılır.

General-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və müdafiə sənayesi müəssisələrinə səfəri gözlənilir.

Özrbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəsmi səfəri yanvarın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə