İqbal Ağazadə: “Ümid Partiyasının hesabatı apreal ayına qədər veriləcək”

İqbal Ağazadə: “Ümid Partiyasının hesabatı apreal ayına qədər veriləcək”

"Hələlik bizə dövlət tərəfindən heç bir maliyyə yardımı ayrılmayıb". Bu sözləri SİA-ya açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə siyasi partiyaların maliyyə hesabatı vermələrinə münasibət bildirərkən deyib.

İqbal Ağazadə rəhbərlik etdiyi partiyasının maliyyə hesabatının aprel ayına qədər veriləcəyini qeyd etdi: "Bizim hesabat aprel ayına qədər hazır olacaq. Maliyyə Nazirliyinə və digər müvafiq hökumət orqanlarına hesabatımızı göndəririk".

İqbal Ağazadə Ümid Partiyasının verdiyi hesabatında şəffaflığın qorunub saxlanıldığını da bildirdi: "İctimaiyyət üçün qapalı heç bir məsələmiz yoxdur. Hesabat barədə media vasitəsilə ictimaiyyət də məlumatlandırılacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə