Yeganə Hacıyeva Gülağa Aslanlının ittihamlarını RƏDD ETDİ

“Mənim e-mail ünvanıma məktub gəlməyib”
Yeganə Hacıyeva Gülağa Aslanlının ittihamlarını RƏDD ETDİ

Müsavat Partiyası başqanının sabiq köməkçisi Yeganə Hacıyevaya Müsavat başqanının müavini Gülağa Aslanlının ittihamlarını rədd edib. O bildirib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşə dəvət edilməsi barədə Avropa Şurasının Bakı ofisindən ona heç bir məktub daxil olmayıb. Bu barədə SİA-ya açıqlamasında Yegana Hacıyevanın özü məlumat verib.

Y.Hacıyeva deyib ki, onun e-mail ünvanına gələn mesajları G.Aslanlıya göstərə bilər: "Mən bununla bağlı "facebook" hesabımdan şəkil paylaşacağam. Ümumiyyətlə, mənə Avropa Şurasının Bakı ofisindən heç bir məktub gəlməyib".

Y.Hacıyeva vurğulayıb ki, kiminsə onun haqqında nəsə deməsi maraqlı deyil.

Müsavat başqanının müavini Gülağa Aslanlının məsələ ilə bağlı Avropa Şurası Bakı ofisindən məlumat əldə etməsinə gəlincə, Y.Hacıyeva bildirib ki, o sonuncu dəfə Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə ötən ilin iyul ayının ortalarında görüşüb: "Bundan sonra nə mənə zəng edilib, nə də mən zəng etmişəm. Eyni zamanda Müsavat Partiyasına çatacaq hər hansı bir məktub göndərilməyib".

Keçmiş müsavatçı son olaraq onu da qeyd edib ki, ona Müsavat Partiyasına çatacaq son məktub dünən gəlib: "Mən də o məktubu Müsavat başqanı İsa Qəmbərə göndərmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə