“Leyla Yunusun iddia etdikləri ağ yalandır" AÇIQLAMA

“Leyla Yunusun iddia etdikləri ağ yalandır" AÇIQLAMA

"Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdə siyasi əqidəsinə, dini baxışlarına görə heç kim sıxışdırılmır və təcavüzə məruz qalmır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Leyla Yunusun siyasi məhbuslarla bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

A. Hüseynovun sözlərinə görə, Azərbaycancan demokratik, tolerant və bu gün beynəlxalq arenaya öz töhvələrini verən, yüksək sürətlə inkişaf edən, unikal iqtisadiyyata malik bütün qonşuları dünya dövlətləri ilə bərabər əməkdaşlıq şəklində fəaliyyət göstərən siyasət aparır: "Azərbaycanda Kütləvi İnformasiya Vasitələri (KİV) və azad internet məkanı mövcuddur. Hər kəsə məlumdur ki, ölkəmizdə senzura ləğv olunub və internet sistemi mövcuddur. Sevindirici haldır ki, bütün bunlar Azərbaycanda artıq reallığa çevrilib. Digər tərəfdən isə Leyla Yunusun iddia etdiklərinin hər biri ağ yalandan başqa bir şey deyil. Hesab edirəm ki, bu, Azərbaycana qarşı növbəti böhtan kampaniyasıdır. Bütün dövlətlərdə olduğu kimi, ölkəmizdə də cinayət törədənlər və məhbuslar var. Bu gün Leyla Yunus kimiləri ermənilərin dəyirmanına su tökən və onlara xidmət edənlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə