Tahir Kərimli: “Bir-birlərini ailə səviyyəsində təhqir edənlər indi necə barışa bilərlər?!”
"AXCP və Müsavat partiyalarının rəhbərliyi bir-birlərini olmazın sözlərlə, ailə səviyyəsində təhqir ediblər. Belə olduğu təqdirdə onlar necə barışa bilərlər?!. Özlərinə təklifləri gülməli gəlmirmi?!. Bu ikiüzlülükdür". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli Müsavatın Divan üzvü Qubad İbadoğlunun AXCP və Müsavata barışıq çağırışına münasibət bildirərkən söyləyib.
Partiya sədri onu da qeyd edib ki, Müsavat partiyası ilə AXCP tarixən düşmənçilik edirlər: "Onlar arasında yaranmış gərgin münasibət indinin deyil, tarixən yaranmış düşmənçilik münasibətləridir".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB