20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mahir nişançı” atıcılıq yarışı keçirilib
Binəqədi rayonunun ümumtəhsil məktəblərində gənclərin ordu sıralarına hazırlığı, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində tədbirlər silsiləsi davam etdirilir. Binəqədi rayon Gənclər və İdman İdarəsindən SİA-ya verilən məlumata görə, bu kimi tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Belə ki, hər il olduğu kimi bu il də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlərə start verilib.
Məktəblərdə müəyyən edilmiş silsilə tədbirlər çərçivəsində 13-14 yanvar tarixlərində yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və onları ordu sıralarına hazırlamaq məqsədilə 126 saylı tam orta məktəbin atıcılıq tirində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Mahir nişançı" güllə atıcılığı birinciliyi keçirillib. Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyilə reallaşan birincilikdə tərkibində 4 oğlan 2 qız olmaqla 96 nəfər X və XI sinif şagirdləri iştirak edib.
Birincilikdə 126 saylı tam orta məktəbin komandası I, 244 saylı tam orta məktəbin komandası II, 83 saylı məktəb-liseyin komandası III yerə layiq görülüb. Qalib komandalar Binəqədi rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB