Sərdar Cəlaloğlu: "Müsavatsız Milli Şuranın fəaliyyəti mümkünsüzdür"

Sərdar Cəlaloğlu: "Müsavatsız Milli Şuranın fəaliyyəti mümkünsüzdür"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP və bu partiyaya yaxınlığı ilə seçilən siyasi qurumların Müsavat Partiyasına qarşı başlatdığı hücumları pisləyib və Milli Şuranın bundan sonra fəaliyyət göstərə bilməyəcəyi qənaətində olduğunu iddia edib. SİA-nın məlumatına görə, Müsavatı iqtidarla iş birliyində suçlayanlara cavab olaraq ADP sədri bildirib ki, bütün bunlar yalandır və şəxsi mənfəətlərə hesablanmış addımlardır: "Bu, qara bir böhtandır".

Sərdar Cəlaloğlu qeyd edib ki, Müsavatsız Milli Şuranın fəaliyyəti mümkünsüzdür: "Bundan sonra Milli Şuranın fəaliyyəti inandırıcı təsir bağışlamır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə