Georgiy Fedorov: “Suriyadakı böhranın sülh yolu ilə həll edilməsi real deyil”

Georgiy Fedorov: “Suriyadakı böhranın sülh yolu ilə həll edilməsi real deyil”

"Suriyadakı siyasi böhranın sülh yolu ilə həll edilməsinin real olduğunu düşünmürəm". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında rusiyalı politoloq Georgiy Fedorov XİN başçısı Sergey Lavrovun yanvarın 12-13 də Parisdə Suriya müxalifinin rəhbəri Əhməd Əl-Carba ilə görüşərək Suriyadakı siyasi böhranın sülh yolu ilə həll olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Suriyadakı tərəflərə kimsə dəstək verməsə bu bəlkə də mümkün olar: "Amma inanmıram ki, Suriyadakı vəziyyəti sülh yolu ilə həll etmək mümkün olsun. Bu inandırıcı deyil. Lakin görüşərək Suriya müxalifətçiləri ilə müəyyən danışıqlara gəlmək mümkündür. Hər halda sınamaq gərəkdir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə