Gülağa Aslanlı: "Fuad Qəhrəmanlı körpüləri yandırma xətti götürüb"

Gülağa Aslanlı: "Fuad Qəhrəmanlı körpüləri yandırma xətti götürüb"
"Əgər Fuad Qəhrəmanlı parlamentə getməni separat danışıqlara getmək kimi hesab edirsə, bu halda Əli Kərimlinin və onun müavinlərinin 10 il parlamentdə fəaliyyət göstərmələri barədə hesabat versin". SİA-nın məlumatına görə, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı cəbhəçilərin onları hakimiyyətlə iş birliyinə getməsi iddialarına cavab olaraq belə deyib: "Əgər 2005-ci ildə Müsavat Partiyasından olan 4 nəfərin parlamentə getməsini nəzərdə tutursa, həmin vaxt elə AXCP sədrinin və müavinin də parlamentə getməsi haqqında qərar var idi".

Müsavat rəsmisi belə hesab edir ki, əslində Fuad Qəhrəmanlı bu kimi iddialar irəli sürməyi ilə Müsavat Partiyası ilə AXCP arasında əlaqəni tamamilə kəsmək, körpüləri tamamilə yandırmaq xətti götürüb: "Bunu isə mən Azərbaycan müxalifəti üçün elə də uğurlu xətt saymıram. Bundan əvvəl Müsavat Partiyası və AXCP ayrı-ayrı birliklərdə olub, birlikdə fəaliyyət göstərib. Ancaq heç vaxt Müsavat Partiyasının rəhbərliyində olan şəxslərdən AXCP rəhbərliyinə qarşı bu cür iftira, şər, böhtanlar yağdırılmayıb. Bu, Fuad Qəhrəmanlının son zamanlar buraxdığı ən böyük səhv, yanlışdır".

Xatırladaq ki, Müsavat Partiyasının Milli Şuradan ayrılmasından sonra AXCP və bu partiyanı dəstəkləyənlər tərəfindən İsa Qəmbərə və müavinlərinə qarşı total hücümlara start verilib. Onlar qarşı tərəfi xəyanətkarlıqda idditam edirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня