Millət vəkili: “Belə qurumları real gücə malik qüvvə hesab etmirəm”

Millət vəkili: “Belə qurumları real gücə malik qüvvə hesab etmirəm”

"Azərbaycanda müxalifətin yaratdığı "birliklərdə" təmsil olunan qurumları real gücə malik qüvvə hesab etmirəm. Çünki onlar kağız üzərində mövcuddurlar". Bu fikirləri SİA-ya millət vəkili Musa Qasımlı radikal müxalifət daxilində baş verən proseslərə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda müxalifətin sosial bazası yoxdur: "Qəzet səhifələrində mövcud olan partiyalar və onların "liderləri" arasında olan münasibətlər çox gərgindir və barışmazdır. Ona görə də Azərbaycanda müxalifətin "birliklərinin yaradılması" süni bir haldır. Real şəkildə belə bir birliyin yaradılması mümkün deyil. Hesab edirəm ki, yaradılan bütün birliklər iflasa uğrayacaq. Çünki onların konkret proqramları yoxdur. Bu birliklərə daxil olan qurumlar arasında kəskin ziddiyyətlər mövcuddur, "liderləri" bir-birini qəbul etmir, həmçinin partiyalara üzv olanlar da bir-birlərini qəbul etmirlər. Buna görə də onların yaratdıqları "birlikləri" real gücə malik qüvvə hesab etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə