Fuad Qəhrəmanlı: "Hazıırda Milli Şuradan kənarda hər hansı əməkdaşlığa ehtiyac duymuruq"

Fuad Qəhrəmanlı: "Hazıırda Milli Şuradan kənarda hər hansı əməkdaşlığa ehtiyac duymuruq"

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin növbəti toplantısı keçirilib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı billdirib ki, iclasda Müsavat Partiyasının əməkdaşlıq sazişi haqqında təklifi də müzakirə olunub və qəbul edilməyib: "Hesab edirik ki, müttəfiqlik və əməkdaşlıq Milli Şura çərçivəsində davam etməlidir. Hazıırda Milli Şuradan kənarda hər hansı əməkdaşlığa ehtiyac duymuruq".

Xatırladaq ki, Müsavat Partiyası Milli Şurada təmsil olunan partiya və hərəkatlara əməkdaşlıq müqaviləsi təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə