Azərbaycan Prezidenti Myanma İttifaqı Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seynə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident,
Myanma İttifaqı Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Myanma arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində daha da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB