Əli Əliyev: “Onlar daha çox Milli Şuranın peykində dolaşmağa üstünlük verirlər”

Əli Əliyev: “Onlar daha çox Milli Şuranın peykində dolaşmağa üstünlük verirlər”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hesab edir ki, Milli Şura prezident seçkilərindən sonra aldığı zərbədən sonra ayaqda qalmaq şansını itirməyə davam edir. SİA xəbər verir ki, VİP sədri belə olan halda Milli Şuranın parlament seçkilərinə də məğlub vəziyyətdə gedəcək: "Milli Şura 2015-ci ildə keçiriləcək parlament seçkilərinə məğlub durumda gedəcək. Hesab edirəm ki, əvvəl İctimai Palatanın, sonra da Milli Şuranın həlledici qüvvəsi olan o iki partiya növbəti parlament seçkilərinə bir yerdə gedəcəklər".

Qurumdakı digər partiyaların da fəaliyyətinə toxunan Əli Əliyev bildirib ki, həmin təşkilatlar varlıqlarını qoruyub saxlamaq üçün Milli Şurada qalmağa məcburdurlar: "Milli Şuradakı digər partiyalar həlledici deyillər və buna görə də hesab edirəm ki, onlar daha çox Milli Şuranın peykində dolaşmağa üstünlük verirlər və özlərini o iki partiyanın qərarından asılı hala salıblar".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə