Gültəkin Hacıbəyli: “Rüstəm İbrahimbəyovu Müsavat Partiyası “vurdu”

Gültəkin Hacıbəyli: “Rüstəm İbrahimbəyovu Müsavat Partiyası “vurdu”

Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrlik postundan istefa verməsi AXCP-Müsavat Partiyaları ilə yanaşı şurada təmsil olunan müstəqil fərdlər arasında da qarşıdurma yaratmaqdadır. SİA-nın məlumatına görə, bu dəfə Gültəkin Hacıbəyli İbrahimbəyovun istefasına münasibət bildirərkən Müsavat Partiyasının onu "vurduğunu" iddia edib: "Rüstəm İbrahimbəyova qarşı haqsızlıq edildi. Müsavat Partiyasının bir sıra aparıcı şəxsləri İbrahimbəyovla bağlı ağılasığmaz fikirlər səsləndirdilər. Hesab edirəm ki, Müsavat Partiyası və bu təşkilatın rəhbərliyi ictimaiyyət qarşısına çıxıb atdıqları addımları ilə bağlı hesabat verməlidirlər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə