Millət vəkili: "2003-2013-cü illərə baxanda gözümüzün önünə şərəfli 10 il gəlir" MÜNASİBƏT
"Ölkə başçısının 10 illik fəaliyəti ilə bağlı xülasə vermək çox çətindir. Bu illər ərzində Azərbaycanda elə böyük və misilsiz işlər görülüb ki, onlar tarixin qızıl səhifəsinə yazılacaq". Bu sözləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı ölkə başçısının 10 illik fəaliyyəti ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, əsrlər, qərinələr keçəcək ölkə başçısı tarixdə qurucu, innovativ, reformator, eyni zamanda Azərbaycan xalqına hədsiz dərəcədə bağlı, cəsarətli bir dövlət xadimi kimi qalacaq.
M. İbrahimqızı vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən 10 il müdətində görülən işləri bir-bir sadalasaq, o zaman onların hər birinin səlnamə, strategiya olduğunu görərik: "Ölkə başçısının gördüyü işlər təkcə Azərbaycanın deyil, həmçinin bölgə, regionun təhlükəsizliyi və inkişafını qaranta alır. Dövlət rəhbərinin apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz çətin bölgədə yerləşməsinə baxmayaraq dünyanın ən stabil, təhlükəsiz, davamlı inkişaf edən ölkəsinə çevrilib. Şimala, Mərkəzi Avropaya, keçmiş SSRİ dövlətlərə baxanda dünyanın güclü qüvvələrinin dünya uğrunda apardıqları mübarizələri görürük. Lakin bütün bunlara baxmayaraq, ölkə rəhbərinin yürütdüyü güclü siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Bu gün ölkəmiz və paytaxtımız dünyanın ən inkişaf etmiş ölkələri, şəhərləri içərisindədir. Ən möhtərəm, mühüm tədbirlər məhz ölkəmizdə keçirilir. Avropa oyunlarının, Avroviziya mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi, eləcə də BMT Təhlükəsizlik Şurasında 155 ölkənin dəstəyini qazanmaq sadə sözlə səslənən fikir deyil və bütün bunlar asan başa gəlməyib. Əldə edilən uğurlar ölkə başçısının möhtərəm diplomatiyasının nəticəsidir".
M. İbrahimqızı həmçinin bildirib ki, 2003-2013-cü illərə baxanda gözümüzün önünə şərəfli 10 il gəlir: "Biz bu illər ərzində görülən bütün işlərdən qürur duyuruq. 2013-ci il isə bütün bu xidmətlərin zirvə ili oldu. Xüsusilə "Şahdəniz 2" layihəsinin reallaşması bu ilin zirvəsində dayanır. Bütün bunlara baxdıqda Ulu Öndər Heydər Əliyevin söyədiyi bir fikir yada düşür. "Mən əminəm ki, Azərbaycan gündən-günə dünyaya günəş kimi parlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB