Tahir Kərimli: “Bir adamın xeyli sayda partiya yaradıb sonra da iflasa uğratması qeyri-peşəkarlıqdan irəli gəlir”
"Rəsul Quliyev təmsil etdiyi partiyalarda özünü doğrulda bilməyib. İndi hansı güclə partiya yaratmaq iddiasındadır, anlamıram". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.
Onun sözlərinə görə, insan gərək öz ambisiyasına uyğun hərəkət etsin: "Partiya yaratmaq siyasiləşmək deməkdir. Aktiv müxalifət mövqeyində dayanırsansa, ona uyğun olaraq da ətrafına elektorat toplamaq lazımdır. Partiya liderinin təbliğatı üçün sosial baza, qrup olmalıdır. Partiyanı formal elan etməklə iş bitmir. Buna görə də, o insana və yaratdığı partiyaya cəmiyyətdə ciddi yanaşma yoxdur. Bir adamın xeyli sayda partiya yaradıb sonra da iflasa uğratması siyasətdə qeyri-peşəkarlıqdan irəli gəlir və qeyri-ciddilik yaradır. Bu baxımdan da bu kimi addımları ilə Rəsul Quliyev hazırkı müxalifəti də tənqid edir".
İNTİZARƏ MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB