Prezident İlham Əliyev ABŞ-ın enerji nazirinin müşaviri vəzifəsini icra edən Conatan Elkindi qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın enerji nazirinin müşaviri vəzifəsini icra edən Conatan Elkindi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də ABŞ-ın enerji nazirinin müşaviri vəzifəsini icra edən Conatan Elkindi qəbul edib.

Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasiminin keçirilməsi mühüm tarixi hadisə kimi dəyərləndirildi, layihəyə ABŞ-ın verdiyi dəstək yüksək qiymətləndirildi.

Söhbət zamanı ölkəmizlə ABŞ arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycanın liderliyi ilə bu layihənin həyata keçirilməsindən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə