"Azadlıq" qəzetinin keçmiş yazarı, eks-cəbhəçi Mirzə Sakit Milli Şuranın dekabrın 15-də keçirdiyi sönük mitinqi sərt şəkildə tənqid edib. SİA-nın məlumatına görə, Mirzə Sakit Milli Şura adlanan qurumu İctimai Palataya qohum hesab etdiyini deyib: "Milli Şura İctimai Palatanın dost-doğma qardaşıdır. Hər iki qardaşlar çox ağır taleyə məruz qalıblar və eynilə ataları Demkonqresə və SİDSUH-a bənzəyirlər. Bahalaşmaya qarşı mitinqə gəldikdə isə hesab edirəm ki, onlar siyasi partiya rəhbərlərinin maymaq təşkilatçılığına qarşı aksiya keçirməli idilər. Mitinqdə nəinki min, hətta üç adamın da iştirakı qəbul ediləndir. Deyilən sözlə edilən əməl arasında Şamaxıdan Antraktidaya qədər fərq var. Düşünürəm ki, bu aksiyadan sonra Milli Şurada təmsil olunan partiyalarda fəaliyyət göstərən məsul şəxslər dərhal istefaya getməlidir".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB