Sərdar Cəlaloğlu: “Müsavatla AXCP düşmən olduqları halda necə birləşə və ya müttəfiq ola bilərlər?!”

Sərdar Cəlaloğlu: “Müsavatla AXCP düşmən olduqları halda necə birləşə və ya müttəfiq ola bilərlər?!”

"Müsavat və AXCP partiyaları arasında kəskin düşmənçilik münasibətləri var. Belə olan halda onların birləşməsi və ya müttəfiq olması mümkün deyil". Bu fikirləri SİA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söyləyib.

S.Cəlaloğlu, həmçinin bildirib ki, onlar arasında olan düşmənçilik və bir-birlərini qəbul etməmə açıq-aydın görünür: "Bir məsələni xatırladım ki, göz önündə olan düşmən, gözdən kənarda olan düşməndən daha təhlükəlidir. Bu iki partiya da bir-birlərinin gözlərinin önündə düşmənçilik edirlər. Onların müttəfiqliyi mümkünsüzdür".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə