"Parlamentdə M.Ə.Rəsuzladə ilə bağlı elmi konfranslar keçirilməlidir" təklif

"Son vaxtlar müşahidəm onu göstərir ki, ictimai-siyasi həyatda aktual məsələlərlə bağlı hansı mütərəqqi layihələr prezident İlham Əliyevə təqdim olunursa, ona dərhal müsbət reaksiya verilir. İstər xəstə jurnalistlərə, istərsə də sənət adamlarına dövlət, o cümlədən Heydər Əliyev Fondu tərəfindən yardım göstərilir. Bu diqqətin sonuncu addımı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamın imzalanması idi". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının sərəncamın imzalanmasına ehtiyacı var idi: "Ayrı- ayrı tarixi şəxsiyyətlərə sahib çıxmaq lazımdır ki, onlar it-bata düşməsin. Düşünürəm ki, M.Ə.Rəsuzladə ilə bağlı parlamentdə beynəlxalq elmi konfranslar keçirilməlidir, çünki onun Milli Məclisin fəaliyyətində misilsiz xidmətləri olub".

Millət vəkili, həmçinin şeyxülislam Allahşükür Paşazadənin Təzə Pir məscidinin yerləşdiyi küçənin adının dəyişidirilməsi bağlı qərarın verilməsini də yüksək qiymətləndirib.

Nuru paşanın xətirəsinin əbədiləşdirilməsini də istəyən Fazil Mustafa bildirib ki, həmin şəxs Azərbaycan dövlətinin müstəqilli tarixində müstəsna xidmətləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə