Baş Prokurorluqda Ümummilli Liderin xatirəsi yad edilib FOTO

Baş Prokurorluqda Ümummilli Liderin xatirəsi yad edilib FOTO

Bu gün Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim iştirakçıları əvvəlcə prokurorluğun inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Mərasimdə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimini keçirərkən bütün Azərbaycan xalqı kimi, prokurorluq orqanlarının hər bir işçisi də bu böyük insanın, dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq Ulu Öndərə ehtiramlarını bildirir, dahi şəxsiyyətin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətli olduğunu minnətdarlıq hissi ilə qeyd edirlər.

Baş prokuror deyib ki, çətin məqamlarda, mürəkkəb dövrlərdə yenilməz iradəsi, cəsarəti, qətiyyəti və uzaqgörənliyi ilə xalqımızı təzyiq və təhlükələrdən xilas etməklə Ümummilli Lider inkişafa və tərəqqiyə aparan strateji xətti müəyyənləşdirərək Azərbaycanda demokratik hüquqi dövlətin qurulması üçün möhkəm zəmin yaratmışdır. Müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən yuxarı bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi düşən 1993-2003-cü illər ərzində Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində mühüm addımlar atılıb.

Baş prokuror deyib ki, dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük diqqət göstərən Ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında müstəsna rolu olub.

Natiq deyib ki, bu gün Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə tam sübuta yetirən və öz dövlətçilik fəaliyyətində varisliyi təmin edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlətimizin başçısı kimi uğurlu fəaliyyəti bir daha göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdiləşdirilməsini və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər sayəsində bütövlükdə Azərbaycanın, habelə hər bir bölgənin, şəhər və rayonun, kəndin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin mənafeyinə uyğun şəkildə sülh yolu ilə tənzimlənməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş tədbirlər işğal edilmiş torpaqlarımızın azad olunacağına möhkəm inam yaradıb. Təsadüfi deyil ki, İlham Əliyevə hədsiz rəğbəti olan Azərbaycan xalqı seçkilərdə yüksək fəallıqla iştirak edərək 2013-cü ildə yenidən ona böyük etimad göstərək növbəti 5 ilə Azərbaycan Respublikasının Prezidenti seçib.

Mərasimin sonunda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan "Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu" adlı sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə