Bayram Səfərov: “Ermənilər işğal etdikləri torpaqların onların yaşayış məskəni olmadığını anlamalıdırlar”

Bayram Səfərov: “Ermənilər işğal etdikləri torpaqların onların yaşayış məskəni olmadığını anlamalıdırlar”

"Hər torpağın öz yiyəsi var. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın tutduğu mövqe və tələb hamıya məlumdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, ermənilər Şuşa, Laçın və işğal altında olan digər Azərbaycan torpaqlarının onların yaşayış məskəni olmadığını anlamalıdırlar: "Bu torpaqla Azərbaycanın qədim və doğma torpağıdır. Orada yaşayan ermənilər ancaq Azərbaycanın icazəsi olandan sonra bu ərazilərdə yaşamağa davam edə bilər. Azərbaycanda azsaylı xalqlar çoxdur və onlar bizimlə bərabər dost və qardaş münasibətləri şəraitində yaşayırlar. Ermənilərdən başqa, digər azsaylı xalqların Azərbaycandan incikliyi yoxdur. Ermənilər bu vəziyyətdən ibrət götürüb səhvlərin başa düşsünlər ki, onlar orada yaşamalı deyillər".

Azərbaycanın işğal altında olan bəzi rayonlarının boşaldılacağı barədə müzakirələr aparılması barədə məlumatlara münasibət bildirən B.Səfərov qeyd edib ki, ümumiyyətlə istər sülh yolu ilə, istərsə də müharibə yolu ilə işğal altında olan bütün torpaqlar geri qaytarılacaq və təcavüzə son qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə