Xarici ölkə QHT-lərinin rəhbərinin müavini mütləq Azərbaycan vətəndaşı olmalıdır

Azərbaycan Respublikası Milli Məclisinin dekabr ayının 17-də keçiriləcək plenar iclasının gündəliyində bir sıra məsələlər müzakirə olunacaq. Növbəti plenar iclasda millət vəkillərinin 14 məsələnin müzakirə edəcəkləri gözlənilir. İclasın gündəliyində həmçinin, "Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında", o cümlədən, "Qrant haqqında" qanunlara dəyişikliklərin edilməsi daxil edilib.

Belə ki, Qanunda dəyişiklik olacağı məsələlərdən biri xarici dövlətlərin QHT-lərinin Azərbaycandakı nümayəndəlikləri ilə bağlıdır. Xarici dövlətlərin QHT-lərinin ölkəmizdəki nümayəndəliklərinin rəhbərinin müavini mütləq Azərbaycan vətəndaşı olmalıdır. Eyni zamanda, QHT-lərin peşəkar olaraq dini fəaliyyətlə məşğul olmasına da icazəsi verilmir.

Həmçinin, Milli Məclisin iclasında QHT-lərin iyanə və qrantların verilməsi ilə bağlı məsələ xüsusi olaraq diqqət ediləcək. Belə ki, həmin qrantları verən QHT-lər şəffaflığı yüksək səviyyədə təmin etməli bir sıra prosedurları keçməlidirlər. Bundan başqa QHT-lər və onların nümayəndəlikləri korrupsiya hüquq pozuntularına, terrorçuluğun maliyyələşdirilməsinə yol verməməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə