Cümşüd Nuriyev: “Ermənilər informasiya savaşının xeyrimizə olduğuna görə narahatdır”
"Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri müsbət qiymətləndirilməlidir. Ancaq Türkiyənin indiki şəraitdə Ermənistanla hansısa bir razılığa gələcəyi inandırıcı deyil". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, hazırda Qafqaz uğrunda ABŞ-la Rusiya arasında ciddi nüfuz və informasiya savaşı gedir: "İnformasiya savaşının Azərbaycanın xeyrinə olduğuna görə, ermənilər narahatdır. Eyni zamnda Türkiyə bir növ Qafqazı öz nüfuz dairəsinə salmaq niyyətindədir. Bundan başqa nəzərə alsaq ki, ermənilərin saxta soyqırımının 100 illiyi iki il sonra tamam olur, ermənilərin təklif olunan məsələlərlə nə dərəcədə razılaşacağını demək çətindir".
C.Nuriyevin sözlərinə görə, Türkiyənin bu məsələdə aktivliyi özünün mövqeyi ilə bağlıdır: "Əhməd Davudoğlunun təklif etdiyi məslələlər alınsa, uğurlu olacaq. Ancaq danışıqların nə ilə nəticələnəcəyini görmək üçün zamana ehtiyac var".
"Ermənistan bu məsələ ilə razılaşsa, gərək konstitusiyasına dəyişiklik etsin. Çünki Sürix protokolları ilə bağlı hüquqi müstəvidə problemlər var. Ermənilər bu addımı atsa, bu Türkiyənin xarici siyasətdə böyük qələbəsi olar. Eyni zamanda Azərbaycanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə böyük töhfə olar" - deyə, C.Nuriyev vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB