Milli Şuranın keçirmək istədiyi mitinq sual altında qalıb

Milli Şuranın keçirmək istədiyi mitinq sual altında qalıb

Qiymətlərin bahalaşmasıyla bağlı Milli Şuranın keçirmək istədiyi mitinq qurum daxilində fikirlərin haçalanmasına səbəb olub. SİA-nın məlumatına görə, AXCP tərəfi mitinqin keçirilməsini məqbul saysa da, AXCP və "El" Hərəkatı buna qarşı çıxır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, AXCP bu haqda müzakirə aparıb və mitinqin keçirilməsini məqsədəuyğun hesab edib. Lakin Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AXCP-nin mövqeyi ilə razı olmadığını deyib. Onun fikrincə, cəmiyyət burada seyrici mövqeyi tuta bilər: "Cəmiyyət seyrci mövqeyi tutacaqsa, aksiyanın effekti olmayacaq".

"El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev isə Milli Şuranın keçirmək istədiyi mitinqlə bağlı qərar vermədiklərini bildirib: "Bu barədə Hərəkatda heç bir müzakirələr aparılmayıb".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə