Arzu Səmədbəyli: “Milli Şurada olmaq və ya olmamaq o qədər də önəmli deyil”

Arzu Səmədbəyli: “Milli Şurada olmaq və ya olmamaq o qədər də önəmli deyil”

"Milli Şurada olmaq və ya olmamaq o qədər də önəmli deyil. Partiya öz fəaliyyətini davam etdirir". Bunu SİA-ya açıqlamasında Müsavat partiyasının Ali Məclisinin sədri Arzu Səmədbəyli söyləyib. Partiya rəsmisinin sözlərinə görə, Müsavatın verilən qərarları müstəqil olaraq qəbul olunur.

A.Səmədbəyli Müsavat Partiyasının Milli Şuradan çıxa bilmə ehtimalını da istisna etməyərək bildirib ki, belə bir qərar qəbul olunacaqsa, deməli bu formada da davam edəcək: "Milli Şura daxilində olmasa da, ayrıca fəaliyyətimiz davam edəcək və bunun Milli Şuraya heç bir aidiyyatı olmayacaq".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə