ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) dekabrın ortalarında bölgəyə növbəti səfər edəcəklər. SİA-nın məlumatına görə, vasitəçilər Azərbaycanda və Ermənistanda keçirəcəkləri görüşdə münaqişənin həlli üzrə danışıqların gedişini, eləcə də iki ölkə xarici işlər nazirlərinin gələn ilin əvvəlində keçiriləcək görüşünə hazırlıq məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri üzrə naziri Tyerri Repentin, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Viktoriya Nuland, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə