Gözəl Bayramlı: “Rüstəm İbrahimbəyovun "fəxri sədr" seçimindəki səs çoxluğu kimlərisə məyus etməsin”
Milli Şuranın qalmaqallı sessiyasından sonra yaranmış ziddiyyətli vəziyyət AXCP və Müsavat Partiyası arasında daha çox görünməkdədir.
Baş verənlərlə bağlı SİA-ya münasibət bildirən AXCP-nin sədr müavini Gözəl Bayramlı qeyd edib ki, yaşanan qalmaqallarla bağlı şərh vermək fikrində deyil: "Milli Şuranın dünən keçirilən sesiyasında olan çıxışlara şərh vermək istəməzdim. Hərənin öz mövqeyi var".
Lakin Rüstəm İbrahimbəyovun "fəxri sədr" seçilməsində iştirak etdiyini, eləcə də, həmin qərara səs verdiyini deyən AXCP rəsmisi səsvermədə iştirak etməkdən imtina edən Müsavat Partiyasının bu addımına fərqli münasibət göstərib.
Gözəl Bayramlı bildirib ki, o başqa partiyanın qərarına münasibət bildirmək istəmir: " İbrahimbəyovun "fəxri sədr" seçilməsinə səs verdim və bu addımımı doğru hesab edirəm. Müsavat partiyası istənilən qərarı verə bilər. Ancaq Rüstəm İbrahimbəyovun "fəxri sədr" seçimindəki səs çoxluğu kimlərisə məyus etməsin".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB