Ukraynanın “RBK” saytı: “Ukraynada inqilabın taleyi yaxın 48 saatda həll olunacaq”
Ukraynada inqilabın taleyi yaxın 48 saatda həll olunacaq. SİA-nın Ukraynanın RBK saytına istinadən verdiyi xəbərə görə, bu haqda Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski mətbuata açıqlamasında bildirib.
Onun fikrincə, əgər avrointerqrasiya tərəfdarları qətiyyətli olsalar və etirazların dinamikasını qoruyub saxlasalar, Yanukoviç güzəştə getməyə başlayacaq. Yox, etirazlar səngisə, o zaman situasiyanı qaydaya salmaq üçün güc tətbiqinə çalışılacaq. O, hadisələrin inkişafını gözləyir və buna uyğun da reaksiya verəcək. Yanukoviçin yalnız bir məqsədi var: sakitliyi qaytarmaq və 2015-ci ildə özünün təzədən prezident seçilməsini təmin etmək".
Keçmiş prezidentə görə, Vladimir Putin Ukraynaya Avropa Birliyi ilə assosiasiya sənədini imzalamamağa görə yox, müstəsna olaraq Gömrük İttifaqına girəcəyi təqdirdə güzəşt edəcək. "Strateji planda Moskva üçün yalnız bu önəm daşıyır".
Qeyd edək ki, Kvasnevski yaxın zamanlarda Kiyevə getməyi planlaşdırır.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB