Aydın Hüseynov: “Ümummilli lider xalqımız tərəfindən daim hörmətlə xatırlanacaq” MÜNASİBƏT

"Ulu öndər Heydər Əliyev bütün həyatını xalqına sərf edib. Ulu öndər Azərbaycan dövlətinin tanınması, möhkəmlənmsi istiqamətində çox işlər görüb". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının Qaradağ rayon Təşkilatının sədri Aydın Hüseynov Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı danışarkən deyib. O bildirib ki, Azərbaycanın yaradıcısı, banisi olan Ümummilli lider xalqımız tərəfindən daim ehtiram və hörmətlə xatırlanacaq.

Onun sözlərinə görə, müasir tariximizi Ulu öndərsiz təsvir etmək mümkün deyil: "Ulu öndər Heydər Əliyevin dahiliyi, böyüklüyü ondan ibarətdir ki, Ümummilli liderin irsi, xəzinəsi özündən sonra yeni keyfiyyətlə yaşayır. Hər hansı bir şəxsiyyətin yaratdığı, qurduğu özündən sonra da yaşayırsa, demək ki, həmin insan tarixi şəxsiyyətdir. Əgər biz konkret olaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycanla bağlı etdiklərini sadalamağa başlasaq, buna nə günlər, nə aylar yetməz. Ona görə ki, Ulu öndər Azərbaycan üçün hər şey edib. Azərbaycanın beynəlxalq aləmdə tanınması, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın müasir tarixi və bundan sonrakı tarixi Heydər Əliyevlə bağlı olacaq. Ona görə ki, Ulu öndərin irsi hazırki dövlət başçısı tərəfindən davam etdirilir. Ümummilli liderin keçdiyi yol hər bir Azərbaycanlı üçün nümunədir".

Bütün xəbərlər Facebook səhifəmizdə