SHXÇDX və KİVDF arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda görüş keçirilib YENİLƏNİB

SHXÇDX və KİVDF arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda görüş keçirilib YENİLƏNİB

Bu gün Sumqayıt şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, zabitlər və media kapitanları iştirak ediblər.

Əvvəlcə qonaqlar Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül-çiçək dəstələri düzüblər.

Daha sonra tədbir SHXÇDX-nin Sumqayıt şəhərindəki yeni inzibati binasında təşkil olunub. Yeni istifadəyə verilmiş inzibati bina haqqında media nümayəndələrinə ətraflı məlumat verən SHXÇDX-nın rəisi, general-leytenant Arzu Rəhimov deyib ki, bina tam müasir avadanlıqlara cavab verən texnologiya ilə tam təchiz olunub. Bildirilib ki, burada çağırışçıların tibbi komissiyadan keçməsi və qeydiyyata alınması üçün hər bir şey yaradılıb.

Sonra mərasimi açıq elan edən SHXÇDX-nın rəisi, general-leytenant Arzu Rəhimov bildirib ki, noyabrın 24-də cənab Prezident, Ali Baş Komandan İlham Əliyev media nümayəndələri ilə keçirdiyi görüşdən sonra bizim bu görüşün keçirilməsinin də aktuallığını ortaya qoydu: "Biz bu görüşün keçirilməsi üçün bir neçə dəfə tədbirlər həyata keçirsək də, müəyyən səbəblərə görə bu baş tutmadı. Cənab Prezidentin vurğuladığı kimi müasir dövrdə, ümumiyyətlə inkişaf edən ölkələrdə azad medianın inkişafı həmin ölkənin səviyyəsini göstərir. Sürətlə və uğurla inkişaf edən Azərbaycanda media da uğurlu bir şəkildə inkişaf edib. Ötən illərlə müqayisədə xüsusilə 1990-cı illərin əvvəllərində mediada və Kütləvi İnformasiya Vasitələrinin (KİV) işində müəyyən problemlər mövcud idi: "Həmin dövrdə senzura mövcud idi. Lakin 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən bu senzuranın götürülməsi medianın işinin aktiv aparılmasına şərait yaratdı və artıq media öz sözünü deməyə başladı. Lakin söz, din, mətbuat azalığının təmin olunması gündəlik aparılmalıdır. Bu iş daim diqqət və nəzarət tələb edir. Ulu öndər Heydər Əliyev tərəfindən başlanan bu siyasət bu gün də cənab Prezident, Ali Baş komandan tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti 13 fevral 2012-cil tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. İlham Əliyev bu xidməti yaratdıqdan sonra qurum mətbuata açıq elan olundu. Biz hər birimiz aydın başa düşürük ki, qurumun iş fəaliyyətində bəzi məqamlar var ki, ümumiyyətlə mıtbuata açıqlanmalı deyil. Bu, dövlətimizin təhlükəsizliyini təmin edən amildir. Bizim qurum mətbuata açıq qurumdur. Çalışmışıq ki, biz media işçiləri ilə öz işimizi lazımi şəkildə quraq. Yaradılan bu qurum həm də xalqla bir körpü rolunu oynayır. Bizim əsas işimizin görünən tərəfi gənclərlə bağlıdır. Onların orduya çağırılması, qeydiyyata alınması və s. işlər hərbi vətənpərvərlik ruhunda gənclərin tərbiyəsini təmin etməkdir. Bu gün bu iş bəzi mətbu orqanlarında aparılsa da, amma bu səviyyə bizi o dərəcədə qane etmir. Çünki, səfərbərlik mövzusunda daha geniş, dolğun yazılar yazılmalıdır".

Diqqətə çatdırılıb ki, Orduda və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan işlər haqqında dolğun məlumat vermək üçün ixtisaslaşmış jurnalistlər olmalıdır: "Biz onlarla məşğələlər və kurslar keçirməyə hazırıq. Onlar bəzən yanlış məlumatlar yazırlar ki, bu da ictimaiyyət arasında müəyyən narahatçılığa gətirib çıxarır. Bizim qarşımızda əsas məqsəd hər gün yeniliyə və irəliyə doğru addımlamaqdır. Cənab Prezident İlham Əliyev tərəfindən yaradılan bu qurum da bizim qarşımızda ciddi vəzifələr qoyur. Biz ən başlıcası çalışmalıyıq ki, korrupsiyanın və rüşvətxorluğun qarşısını alaq. İstəyimiz odur ki, media hər zaman bizim yanlmızda olsun və lazım gələrsə, araşdırmalar aparsın. Biz mətbuata açıq qurumuq".

Sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli diqqətə çatdırıb ki, SHXÇDX yaranmamışdan öncə Hərbi komissarlıqlar fəaliyyət göstərirdi ki, orada da baş verən hər bir hadisə bizim yaddaşımızdadır: "Belə ki, hər bir valideyin Hərbi komissarlığa gedərək övladının hansı yerdə hərbi xidmət keçəcəyi haqqında məlumat öyrənməli idi. Birmənalı olaraq bu, məcbur edilirdi. Həmin dövrdə istər-istəməz elə bir vəziyyət yaranmışdı ki, valideyin narahatçılıq keçirirdi. Sevndirici haldır ki, cənab Prezident İlham Əliyevin 2012-ci il 13 fevral fərmanı ilə SHXÇDX adlı qurum yaradıldı. Qurum yarandan andan müəyyən çətinlikət olsa da, tez bir zamanda öz yoluna düşdü. Biz də media olaraq həmin qurumun fəaliyyətini müntəzəm olaraq izləyirik".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə cənab Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşünə toxunaraq deyib ki, həmin görüşdə dövlətimizin medianın inkişafında maraqlı olduğu bir daha diqqətə çatdırıldı: "Təbii ki, biz mediada yaranan problemləri həll etməliyik.Həmin görüşdə cənab Prezident vurğuladı ki, hər bir xalqın, dövlətin problemi var. Əgər inkişaf varsa, demək ki, problem də mövcuddur. Baxmayaraq ki Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir və biz regionda lider dövlətə çevrilmişik, amma müəyyən qüsurlar da mövcud ola bilər. Məhz ölkə başçısı da bunu öz çıxışında birmənalı olaraq qeyd etdi.

Daha sonra Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov və zabitlər çıxış edərək öz media və ordumuzda aparılan işlərlə bağlı fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə