Spikerdən millət vəkilinə: "Mənim səninlə zarafatım var?!" sərt mövqe

Spikerdən millət vəkilinə: "Mənim səninlə zarafatım var?!" sərt mövqe

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili fazil Mustafanın sözləri düz gəlməyib. SİA-nın məlumatına görə, spiker millət vəkilinə davranışına görə ciddi xəbərdarlıq edib.

İclasda gündəliyin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa söz istəyib. O, söz alan kimi spiker Oqtay Əsədova replika atıb: "Nədənsə həmişə mən danışmaq istəyəndə hamı söz almaq istəyir, sıraya düzülür..."

Spiker onun sözünü kəsərək xəbərdarlıq edib: "Fazil Mustafa, bu nə danışıqdır? Deməli, sən özünə yüksək qiymət verirsən, amma həmkarlarını aşağılayırsan? Danışıq və ifadələrinizə diqqət edin!"

Daha sonra çıxışını davam edən F.Mustafa bildirib ki, bu özündən razılıq deyil, zarafat idi. Spikerin isə ona cavabı sərt olub: "Sən nə danışırsan?! Mənim səninlə zarafatım var?! Sözlərinə fikir ver!"

Bütün xəbərlər Facebook səhifəmizdə