Arzu Rəhimov: "Bəzi mətbu orqanların fəaliyyəti bizi qane etmir" YENİLƏNİB

"Noyabrın 24-də cənab Prezident, Ali Baş Komandan İlham Əliyev media nümayəndələri ilə keçirdiyi görüşdən sonra bizim bu görüşün keçirilməsinin də aktuallığını ortaya qoydu. Biz bu görüşün keçirilməsi üçün bir neçə dəfə tədbirlər həyata keçirsək də, müəyyən səbəblərə görə bu baş tutmadı. Cənab Prezidentin vurğuladığı kimi müasir dövrdə, ümumiyyətlə inkişaf edən ölkələrdə azad medianın inkişafı həmin ölkənin səviyyəsini göstərir. Sürətlə və uğurla inkişaf edən Azərbaycanda media da uğurlu bir şəkildə inkişaf edib". SİA-nın məlumatına görə, bunu bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov SHXÇDX-nin Sumqayıt şəhərindəki yeni inzibati binasında zabitlər və media kapitanları ilə təşkil olunan görüşdə iştirakı zamanı deyib.

Onun sözlərinə görə, ötən illərlə müqayisədə xüsusilə 1990-cı illərin əvvəllərində mediada və Kütləvi İnformasiya Vasitələrinin (KİV) işində müəyyən problemlər mövcud idi: "Həmin dövrdə senzura mövcud idi. Lakin 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən bu senzuranın götürülməsi medianın işinin aktiv aparılmasına şərait yaratdı və artıq media öz sözünü deməyə başladı. Lakin söz, din, mətbuat azalığının təmin olunması gündəlik aparılmalıdır. Bu iş daim diqqət və nəzarət tələb edir. Ulu öndər Heydər Əliyev tərəfindən başlanan bu siyasət bu gün də cənab Prezident, Ali Baş komandan tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti 13 fevral 2012-cil tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. İlham Əliyev bu xidməti yaratdıqdan sonra qurum mətbuata açıq elan olundu. Biz hər birimiz aydın başa düşürük ki, qurumun iş fəaliyyətində bəzi məqamlar var ki, ümumiyyətlə mıtbuata açıqlanmalı deyil. Bu, dövlətimizin təhlükəsizliyini təmin edən amildir. Bizim qurum mətbuata açıq qurumdur. Çalışmışıq ki, biz media işçiləri ilə öz işimizi lazımi şəkildə quraq. Yaradılan bu qurum həm də xalqla bir körpü rolunu oynayır. Bizim əsas işimizin görünən tərəfi gənclərlə bağlıdır. Onların orduya çağırılması, qeydiyyata alınması və s. işlər hərbi vətənpərvərlik ruhunda gənclərin tərbiyəsini təmin etməkdir. Bu gün bu iş bəzi mətbu orqanlarında aparılsa da, amma bu səviyyə bizi o dərəcədə qane etmir. Çünki, səfərbərlik mövzusunda daha geniş, dolğun yazılar yazılmalıdır".

Diqqətə çatdırılıb ki, Orduda və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan işlər haqqında dolğun məlumat vermək üçün ixtisaslaşmış jurnalistlər olmalıdır: "Biz onlarla məşğələlər və kurslar keçirməyə hazırıq. Onlar bəzən yanlış məlumatlar yazırlar ki, bu da ictimaiyyət arasında müəyyən narahatçılığa gətirib çıxarır. Bizim qarşımızda əsas məqsəd hər gün yeniliyə və irəliyə doğru addımlamaqdır. Cənab Prezident İlham Əliyev tərəfindən yaradılan bu qurum da bizim qarşımızda ciddi vəzifələr qoyur. Biz ən başlıcası çalışmalıyıq ki, korrupsiyanın və rüşvətxorluğun qarşısını alaq. İstəyimiz odur ki, media hər zaman bizim yanlmızda olsun və lazım gələrsə, araşdırmalar aparsın. Biz mətbuata açıq qurumuq".

Bütün xəbərlər Facebook səhifəmizdə