"Eldəniz Quliyevin fikirləri səhvdir. Rüstəm İbrahimbəyova qarşı "Yeni Müsavat" qəzetində heç bir kampaniya aparılmır". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu söyləyib.
O, həmçinin, qeyd edib ki, Eldəniz Quliyevin "Yeni Müsavat" qəzetində Rüstəm İbrahimbəyova qarşı kampaniya aparılması fikri kökündən yalnışdır: "Bu yalan məlumatdı. Belə fikirlərə inanmaq olmaz. "Yeni Müsavat" qəzetində Rüstəm İbrahimbəyov haqqında söylənilən fikirlər dərc edilir".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB