Həsən Kərimov: “Milli Şuranın sessiyasında qaranlıq məqamlar üzə çıxacaq”

Həsən Kərimov: “Milli Şuranın sessiyasında qaranlıq məqamlar üzə çıxacaq”

Milli Şuranın sədrlik postundan istefa vermiş Rüstəm İbrahimbəyovun ətrafında müxtəlif mülahizələr irəli sürülməkdədir. İbrahimbəyovun istefasında əsas səbəbkar kimi Müsavat Partiyasının göstərilməsi AXCP yetkililəri tərəfindən də qeyd olunmaqdadır.

AXCP sədrinin müavini Həsən Kərimovun SİA-ya verdiyi açıqlamasında qeyd olunub ki, onlar R.İbrahimbəyovun istefasında Müsavat Partiyasının rolu olduğunu istisna etmirlər: "Burada bir çox fikirlər deyilə bilər. Ancaq Eldəniz Quliyev yəqin ki, bu barədə daha ətraflı məlumat verəcək. Milli Şuranın sessiyasında qaranlıq məqamlar üzə çıxacaq".

AXCP yetkilisi bu açıqlaması ilə əslində, Müsavatın prosesdəki təyziqlərini inkar etməyib və bununla dolayısı ilə Müsavat Partiyasını ittiham edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə