Bakı Dövlət Universitetinin baş müəllimi, tarix elmləri namizədi Aydın Musayevə ağır itki üz verib. Alimin həyat yoldaşı Xanım Musayevə uzun sürən xəstəlikdən dünyasını dəyişib. X.Musayevə şəkər xəstəsi olub.
SİA-ya daxil olan informasiyaya əsasən, X.Musayevanın dünən halı pisləşib və özü Modern Hospitala müraciət edib. Həkimlərin müdaxiləsindən sonra lazımı tibbi yardımlar göstərilsə də, X.Musayevə komaya düşüb. Mərhumun yaxınları deyir ki, həkimlərin vurduğu iynədən sonra X.Musayeva əvvəlcə komaya düşüb, sonra isə dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Movzunu araşdırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB