Əli Kərimli Müsavat Partiyasının qurultayını gözləyir

Əli Kərimli Müsavat Partiyasının qurultayını gözləyir

"AXCP sədri Əli Kərimli Müsavat Partiyasının qurultayının tarixinin açıqlanmasını gözləyir. Məhz bu tarix bəlli olduqdan sonra partiya sədri Müsavata qarşı təzyiq kampaniyasına star verəcək".

Bu sözləri SİA-ya Cəbhədəki etibarlı mənbə xəbər verib. Məlum səbəblərə görə, adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, hazırda partiyalar arasında mövcud olan soyuq münasibətə baxmayaraq, Əli Kərimli siyasi xəttini Müsavat daxilində yürütmək imkanında deyil: "Çünki Müsavat başqanı İsa Qəmbər əslində, Əli Kərimlinin addımlarından xəbərdardır. Bu səbəbdən də Əli bəy Müsavatdakı qurultayın keçirilməsini gözləyir. Qurultay başa çatdıqdan, yeni başqan seçildikdən sonra Müsavata qarşı AXCP həmlələrini gözləmək mümkündür".

Mənbə onu da iddia edib ki, Müsavat Partiyasında seçiləcək istənilən şəxs AXCP-dən müəyyən dəstək almaqdan ötrü Cəbhə sədri ilə hesablaşmağa məcbur olacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə