SDU-da YAP-ın 21 illiyi qeyd edilib FOTO

SDU-da YAP-ın 21 illiyi qeyd edilib FOTO

Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21 illliyi ilə bağlı tədbir keçirilib. SDU-da SİA-ya verilən məlumat görə, universitetin Azad Həmkarlar Komitəsinin sədri, dosent Telman Quliyev tədbiri açaraq partiyanın yaranma tarixi barədə məlumat verib.

Daha sonra çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov YAP-ın Azərbaycan xalqının və dövlətinin taleyində oynadığı tarixi roldan bəhs edib. Rektor Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatında oynadığı xilaskarlıq missiyası barədə danışıb və bildirib ki, dahi liderin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə dönüşü Azərbaycanı uçurumdan xilas edərək inkişaf relsləri üzərinə çıxardı: "Bu gün yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycan Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində güclənməkdə davam edir. Azərbaycan dünyanın ən sürətlə inkişaf ölkələr sırasındadır".

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədr müavini Orucəli Allahverdiyev isə YAP-ın keçdiyi şərəfli yola nəzər salıb, bu partiyanın müstəqil Azərbaycanla bərabər addımladığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə