Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 21 ilinin tamam olması münasibətilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində konfrans keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Xatirə Parkında ucaldılan Ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransı YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq iştirakçıları və bütün partiya üzvlərini bu böyük gün münasibətilə təbrik edib. İ.Dadaşov partiyanın yarandığı tarixi dövrdən söhbət açaraq, həmin illərin xalqımızın yaddaşında dərin izlər buraxdığını bildirib.
Sonra YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev çıxış edərək YAP-ın hakimiyyəti illərində həyata keçirilən uğurlu daxili və xarici siyasətdən danışıb.
Konfransda həmçinin YAP Lənkəran şəhər təşkilatı Qadınlar Şurasının sədri Ofelya Qənbərova və YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev çıxış edərək partiyanın həyata keçirdiyi siyasətdə qadınlara və gənclərə göstərilən yüksək diqqət və qayğıdan, onların ictimai-siyasi həyatda fəal mövqe nümayiş etdirmələri üçün yaradılan geniş imkanlardan, idarəçilik sistemində qadınların və gənclərin önə çəkilərək əməyinin yüksək qiymətləndirilməsindən danışıblar.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup partiya üzvünə vəsiqələr, həmçinin partiyanın fəaliyyəti dövründə xüsusi fəallıq göstərən üzvlərinə Fəxri Fərmanlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB