"Azərbaycanı Kəşf Et" kitabının, multimedia və internet portalının təqdimatı keçirilib
Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə, Ümummmilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan, "Dünya Türk Gənclər Birliyi" İctimai birliyi və Media Sənət Akademiyasının birgə layihəsi olan, Azərbaycanın bütün rayonlarını əhatə edən, məlumatlandırıcı, tanıdıcı və təbliğedici mahiyyəti, hüksək səviyyəli (premium class) xüsusiyyətlərə malik olan, "Azərbaycanı Kəşf Et" "Explore Azerbaijan", "Откройте Для Себя Азербайджан" adlı kitablarının, eyni adlı multimedia (DVD-kitab) və internet portalının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digər qonaqlar iştirak edib.
Qonaqlar "Azərbaycanı Kəşf Et" kitabının müəllifi Aynur Talıbovun ərsəyə gətirdiyi bu kitabın Azərbaycanın dünyada bir daha tanıdılması və xarici turistlərin ölkəmizə cəlb edilməsindı mühüm töhvə adlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB