Aytac Əliyeva: “Yaşasın bu qardaşlıq, bu etibar və inam" MÜNASİBƏT
"Prezident İlham Əliyevə Türkiyənin "Dövlət nişanı" ordeninin verilməsi iki qardaş ölkə arasındakı yüksək etimadın, inamın və dəyərin göstəricisidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva deyib.
YAP GB sədrinin müavini bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən başlanan bu siyasi kurs cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Dövlət başçısı yenidən ölkə başçısı seçildikdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Səfər çərçivəsində isə ölkə başçısı cənab İlham Əliyevin Türkiyənin prezidenti Abdulla Gül tərəfindən "Dövlət nişanı" ordeni ilə təltif edilməsi dosta, qardaşa verilən dəyər və hörmətin nümunəsi idi. Eləcə də bu, Azərbaycan-Türkiyə dostluğunun bütün Türk dünyası üçün etalon olduğunun bariz göstəricisi idi. Yaşasın bu qardaşlıq, bu etibar və inam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB