Arif Hacılıdan qalmaqallı addım

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı Rüstəm İbrahimbəyova qarşı çıxdığını artıq açıq şəkildə bildirir. O, İbrahimbəyovun Milli Şura sədrliyinə layiq olmadığını bildirib. SİA-nın məlumatına görə, Milli Şurada sədrlik məsələsi ilə bağlı söhbətlər getdiyi bir zamanda A.Hacılının qurum üzvlərinin sözünü kəsərək - "sədr C.Həsənli olsaydı daha yaxşı olardı" - deməsi, bir daha sübut etmiş oldu ki, R.İbrahimbəyovun Milli Şuraya rəhbərliyindən məmnun deyil.

Adının açıqlanmasını istəməyən Milli Şura üzvündən aldığımız məlumata görə, artıq Müsavat Partiyasının İcra Aparatının rəhbərinin bu fikirləri R.İbrahimbəyova çatdırılıb. O, isə öz növbəsində bildirib ki, A.Hacılı ikiüzlüdür və C.Həsənliyə qarşıda nifrətlə yanaşır. Onun bu fikirləri tez bir zamanda özünə mənfi təsir göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə