Məlahət İbrahimqızı: “Müxalifətin iddiası heç bir reallığa söykənmir”
"Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar içərisində Yeni Azərbaycan Partiyası yeganə partiyadır ki, ən şəffaf büdcəyə malikdir, xalqın marağından çıxış edir, milli dəyərlərə söykənir. Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinin indiki formatından narazı olan, buna etiraz edən müxalifət partiyaları əvvəlcə gəlirlərini açıqlasınlar". Bu fikirləri SİA-ya açıqlamasında Millət vəkili Məlahət İbrahimqızı deyib.
Müxalifətin "hər şey pisdir, yaxşı heç nə yoxdur" prinsipinin onları məhv etdiyini deyən millət vəkili bildirib ki, siyasi partiyanın sosial bazası olmalıdır, əgər həqiqətən xalqın səsinə arxalanan gücə malik bir təşkilatdırsa, o zaman parlamentə düşməyi də bacarmalıdır: "Amma seçkilərdə qanunla müəyyən olunan barieli belə aşa belməyən müxalifət partiyalarının dövlətdən maliyyə istəməsi heç bir reallığa söykənmir".
Millət vəkili M.İbrahimqızı müxalifət partiyaların xaricdən maliyyələşməsinə, qeyri-şəffaf büdcələrdən maddi yardımlar almasına da münasibət bildirərək qeyd edib ki, müxalifət liderləri əldə etdikləri, mənbəyini açıqlamadıqları pulları da şəxsi məqsədləri üçün istifadəe edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB