Asim Mollazadə: "Görüşdə hər hansı bir irəliləyişin olacağı inandırıcı deyil" Münasibət
"Təəssüf ki, Ermənistan heç vaxt öz siyasətində köklü dönüş həyata keçirmir. Ermənistan sadəcə danışıqlar prosesində imitasiya edir ki, guya onlar bu proseslərdə fəal iştirak edir və sülh axtarışında fəaldırlar. Əslində, Ermənistan heç bir addım atmağa hazır deyil. Buna görə də prezidentlərin görüşündə hər hansı bir irəliləyişin olacağı inandırıcı deyil". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə noyabrda nəzərdə tutulan Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hər hansı bir irəliləyişin olmasına münasibət bildirərkən deyib.
Millət vəkili həmçinin Azərbaycanın BMT TŞ-yə üzvlük dövründə həyata keçirdiyi uğurlu işlərdən də danışıb: "Azərbaycan hər zaman bir sıra beynəlxalq qurumların diqqətini cəlb etməyi bacarıb. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri dəfələrlə Azərbaycanın işğala məruz qalan bir ölkə olmasını etiraf ediblər. Azərbaycanın BMT TŞ-yə üzvlüyü dövründə Ermənistan silahlı qüvvələrinin işğal olunan ərazilərimizi tərk etməsi ilə bağlı müəyyən qətnamələr qəbul edildi. Bütün bunlara rəğmən, biz hər zaman sülhün tərəfdarı olmuşuq. Buna görə də beynəlxalq imkanlardan istifadə edərək Ermənistana təzyiqlər və müvafiq sanksiyaların tətbiq edilməsinə çalışmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB