YAP-ın Sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün Sudan Prezidenti Ömər Əl Bəşirin köməkçisi, Sudan Milli Konqres Partiyasının sədri Nafiə Əli Nafiə Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla Sudan arasında qarşılıqlı münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Hər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Sudan Milli Konqres Partiyası arasında İCAPP çərçivəsində yaranmış əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirə aparılıb, qarşılıqlı səfərlərin həm partiyalar, həm də ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə və möhkəmlənməsinə töhfə olacağı bildirilib.
YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da görüşdə iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB