III Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsi elan edilib

III Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsi elan edilib

III Bakı Beynəlxalq Humanitar Forumunda Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən "Elmi İnnovasiyalar və onların təhsil mühitinə transferi" mövzusunda dəyirmi masa son toplantı ilə öz işini davam etdirir. SİA-nın məlumatına görə, son iclasda "Fundamental və ictimai elmlərin inteqrasiya tendensiyaları" mövzusunda məruzələr dinlənilib.

Bu hissədə Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitunun direktoru Anatoli Lazareviç, Köln Tətbiqi Elmlər Universitetinin professoru, Azərbaycan üzrə TEMPUS layihəsinin koordinatoru Reza Talebi Dəryani, BDU-nun Hüquq fakultəsini dekanı İbrahim Əliyev və digər şəxslər məruzələrlə çıxış ediblər.

Dəyirmi Masanın sonunda yekun məruzələr dinlənilib və forumun bəyannaməsi elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə