Pakistanlı nazir: "Dünyada baş verən proseslərin müzakirəsi çox önəmlidir"
"İlk dəfədir, Bakıda oluram. Şəhəriniz olduqca füsunkar təbiətə malikdir". Bunu SİA-ya pakistanlı nazir Rubina Saadat Qaimkhani III Bakı Beynəlxalq Hümanitar Formu haqqında təəssüratlarının bildirərkən deyib.
"Azərbaycan hökumətinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk ki, III Bakı Beynəlxalq Humanitar Forumunda bizə böyük platforma verilib. Biz burada müxtəlif ölkələrdən gələn ekspertlərlə, Nobel mükafatçıları ilə bir masa arxasında qlobal məsələləri müzakirə etdik və mövcud olan problemlərdən danışdıq. Bu forum həm Pakistan, həm də bütün dünya dövlətləri üçün çox mühüm bir məsələdir. Çünki dünyada baş verən proseslərin müzakirəsi çox önəmlidir. Biz öz ölkəmizə qayıtdıqdan sonra bu məsələlərin davamını orada müzakirə edib, son qərara gələcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB